Əfqanıstan: Fərxundənin qətli üzrə məhkəmə işə başlayıb

Məhkəmədə müttəhim qismində iştirak edən 49 kişidən 19-u polis işçisidir

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Məhkəmədə müttəhim qismində iştirak edən 49 kişidən 19-u polis işçisidir

Əfqanıstanda keçirilən məhkəmədə 49 kişi qadının ölümü ilə nəticələnmiş izdihamlı hücumda təqsirli bilinərək məhkəmə önünə çıxıb. Hadisə mart ayında baş verib.

Fərxundə adlı 28 yaşlı qadın Quranı yandırmaqda günahlandırılıb, baxmayaraq ki, şahidlər onun bunu etmədiyini deyiblər.

Kabulda məhkəmə qarşısına çıxmış müttəhimlərdən 19-u hücumun qarşısını almaq vəsifəsinin öhdəsindən gəlməməkdə təqsirli bilinən polis işçisidir.

Ölüm, ölkədə qadınlara olan rəftara qarşı geniş etirazlara səbəb olub.

Fərxundə martın 19-da ölənədək döyülüb və onun cəsədi yandırılıb.

Qadının ölümü ölkədə geniş etirazlara səbəb olub

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Qadının ölümü ölkədə geniş etirazlara səbəb olub

O, məsciddə qadınlara bəzək əşyaları satdığına görə molla ilə mübahisə edib. Mübahisə zəminində Fərxundə Quranı yandırmaqda günahlandırılıb və izdiham bunu eşidərək ona hücum edib.

Bəzi müttəhimlər etiraf ediblər ki, onlar hadisəyə cəlb olunublar. Rəsmi istintaqçı bildirib ki, qadının Quranı yandırmasına dair heç bir sübut yoxdur.

Əfqanıstanın İlkin Məhkəməsində hakim, Kabulun polis rəisini və daxili işlər nazirliyinin instintaq şöbəsinin rəhbərini bazar günü keçiriləcək məhkəmədə iştirak etməyə dəvət edib.

Müttəhimlər onlara həbsxanada verilmiş tünd paltarları geyiniblər. Onlardan ikisi təzyqlər altında etirafa imza atdıqlarını deyiblər.

Məhkəmə prosesi milli televiziya ilə canlı yayımlanıb.

Kabuldakı BBC müxbiri David Loyn deyir ki, Əfqanıstanda qadınların həyatının kövrək olmasına baxmayaraq, Fərxundənin qətli ümummilli qınağa səbəb olub.