Kabulda "Fərxundə üçün ədalət" etirazları yetişir

Fərxundə üçün etiraz aksiyası

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Güclü yağışa baxmayaraq etirazçılar narazılıqlarını bildirib

Əfqanıstan paytaxtı Kabulda səhvən Quranı yandırmaqda günahlandırılan qadının öldürülməsinə qarşı etirazlar yetişib.

2000-dən çox adam ötən həftə qaragüruh tərəfindən döyülərək öldürülən 28 yaşlı Fərxundə üçün ədalət tələb edərək yürüş keçirib.

Çərşənbə axşamı keçirilən etirazlardan əvvəl Facebook-da Fərxundənin öldürülməsinə tərəfdar çıxan polis sözçüsü vəzifədən qovulmuşdu.

<link type="page"><caption> Videonu izləyin - Kabul: Kişilərin yandırdığı qadını qadınlar dəfn etdilər</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2015/03/150323_afghanistan_farkhunda_burial.shtml" platform="highweb"/></link>

Polis deyir ki, hadisə ilə bağlı azı 19 adam həbs edilib.

Bəzi etirazçılar Fərxundənin qanlı üzünü göstərən plakatlar daşıyıb, digərlərisə öz üzlərini qırmızı boya ilə rəngləyib.