Siqaret çəkənlərin DNT mutasiyası yeni dərmana yol açacaq
Ömür boyu siqaret çəkənlərin heç də hamısı, digər nikotin aludəçilərindən fərqli olaraq ciyər xərçəngi və buna bənzər bəlalara tutulmur.
Britaniyalı tədqiqatçıların bir qrupu bu fərqi siqaretçəkənlərdə baş verən DNT (gen) mutasiyası ilə izah edir.
Həmin mutasiya ciyər funksiyasını yaxşılaşdırır və siqaretin mənfi təsirinin qarşısını alır.
Medical Research Council (Tibbi Tədqiqat Şurası) alimləri bu kəşfin ciyər funksiyasını gücləndirə bilən yeni dərmanların hazırlanmasına imkan verəcəyinə ümid edirlər.
Amma siqaret çəkməmək, həmişə ən yaxşı variant olacaq, alimlər deyir.
Siqaret çəkənlərin çoxu ciyər xərçənginə tutulacaq. Amma heç vaxt siqaret çəkməyən adamlar da xəstələnə bilər.
Tədqiqatçılar Birləşmiş Krallığın "Biobank" layihəsində iştirak edən könüllülərin sağlamlıq və gen verilənlərini analiz edib.