Çində iPhone və iPad tətbiqlərinə virus düşüb

Apple virusu neytrallaşdırmaq üçün addımlar atdığını bildirib.

Həmin virus Çində iPhone və iPad-lərdə geniş istifadə olunan tətbiqlərə yayılıb.

Güman edildiyinə görə, bu, Apple App Store proqramına qarşı həyata keçirilən ilk genişmiqyaslı haker hücumudur.

Hakerlər iOS tətbiqləri üçün saxta Apple proqram təminatını yaradaraq developerləri həmin proqramı yükləməyə inandıra biliblər.

Apple sözçüsü həmin saxta proqram əsasında yaradılmış tətbiqlərin App Store-dan silindiyini bildirib.