İflic olan xəstəyə kompüter yeriməyə kömək edib

ABŞ-da aparılmış elmi araşdırmalar zamanı iflic olmuş kişinin beyin siqnalları ayaqlarına belindən yox, kompüterlə göndərilib.

Kaliforniyalı həkimlər insanın beyin siqnallarını ayaq hərəkətinə çevirə bilən kompüter proqramı yarada biliblər.

28 yaşlı xəstənin yeni metodika əsasında atdığı ilk addımları lentə alınaraq sənədləşdirilib.

Araşdırmanın nəticələri Journal of NeuroEngineering and Rehabilitation elmi dərgisində dərc olunub.