Tbilisi: zooparkdan qaçaraq adam öldürən pələng tələf edilib

Gürcüstan paytaxtında güclü leysan yağışdan sonra zooparkdan qaçaraq adam öldürdüyü deyilən pələng tələf edilib.

Daxili işlər naziri deyib ki, hüquq-mühafizəçilərinin pələngi öldürməkdən başqa çarəsi qalmamışdı.

Vaxtanq Qomelauri artıq şəhərdə sərbəst dolaşan vəhşi heyvanların qalmadığını bildirib. Heyvanın bir fabrikin anbarında gizləndiyi bildirilir.

Bundan əvvəlki xəbərlərdə Tbilisidə insana şirin hücum etdiyi deyilirdi.

Vəhşi heyvanın axtarışına polis qüvvələri göndərilib.

Adama hücum etməzdən əvvəl pələng yaxınlıqdakı anbarda gizlənibmiş, Frans Press agentliyi bildirib.

Daşqın nəticəsində Tbilisi zooparkında yüzlərlə heyvanın saxlandığı ərazini su örtüb, təbii fəlakətdən xilas olunmaq üçün çoxlu sayda heyvan zooparkdan qaçıb.

Daşqından sonra Tbilisi küçələrində şir, begemot və ayıların qəzdiyi müşahidə olunub.

Bu səbəbdən sakinlərə evlərindən bayıra çıxmamaq və vəhşi heyvanlara yaxınlaşmamaq məsləhət görülüb.

Bu arada Gürcüstan paytaxtında daşqından sonra təmizlik-bərpa işləri davam etdirilir.

Təbii fəlakət nəticəsində 17 nəfər həlak olub, daha 5 nəfər itkin düşmüş sayılır.

Video şərhsizdir.