Tbilisi daşqını: zooparkdan qaçmış heyvanların axtarışı davam etdirilir
Tbilisidə bazar gününə keçən gecə baş vermiş leysan yağışlar nəticəsində şəhərin bir neçə rayonunda daşqın baş verib.
Daşqın zamanı şəhər zooparkından çoxlu sayda vəhşi heyvan qaçıb.
Qaçmış heyvanların axtarışına xüsusi təyinatlı bölmələr cəlb olunub.
Daşqın zamanı paytaxt zooparkından azı 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb.
Bəzi qaçmış heyvanları tutmaq mümkün olub, lakin bəziləri öldürülüb.
Qaçmış heyvanların dəqiq sayı qeyri-müəyyən qalır.
Axtarış əməliyyatı havadan da aparılır - şəhər üzərində helikopterlər uçur.