Vulkandakı lava gölü daşıb tökülür
Havay adalarındakı Kilauea vulkanının kraterində lava gölü son 100 ilə yaxındır ki, ilk dəfə daşaraq dağın ətəyilə aşağı axıb.
Çərşənbə axşamı günündən bəri lava axınının 3 halı müşahidə olunub. Qaynar kütlə ilə soyuq qayalıqların təması izdihamın marağını cəlb edən möhtəşəm partlayışlara səbəb olub.
Kilauea Havayın ən cavan və eyni zamanda dünyanın ən fəal vulkanlarından biri sayılır. Vulkanın kraterindəki lava gölünün səviyyəsi müntəzəm olaraq dəyişir.
Video şərhsizdir.