Etna yenə püskürdü

Avropanın ən aktiv vulkanı yenidən həyata qayıdıb.

Aralıq dənizindəki Siciliya adasında yerləşən İtaliyanın Etna Dağındakı vulkan dəniz səviyyəsindən 5000 metr hündürlüyə kül püskürüb.

Lava indi yeni kraterdən püskürür, Kataniya Geofizika və Vulkonologiya İnstitutu belə deyir.

Rəsmilər yaxınlıqdakı Kataniya hava limanında böhran toplantısı keçiriblər. Ancaq uçuşlar dayandırılmayıb.