Çili: 40 ildən artıq sakit qalan vulkan oyanıb

Ölkənin cənubunda yerləşən Kalbuko vulkanı oyanaraq göyə qalın kül kütləsini atıb.

Vulkandan lava axını müşahidə olunmur. Hökumət 40 ildən artıq müddət ərzində qeyri-fəal qalan vulkanın qəfil oyandığını bildirib.

Kalbukodan 20 kilometrlik aralıqda yerləşən yaşayış məntəqələrindən 4000-dən çox insan evakuasiya edilib.

Çili vulkanların sayına görə İndoneziyadan sonra dünyanın ikinci ölkəsi sayılır. Ölkə ərazisində yerləşən vulkanlardan 500-ü potensial aktivdir.

Video şərhsizdir.