Meksika: vulkan göyə kül püskürür
Meksikada son 12 il ərzində qeyri-fəal olan Kolima vulkanı yenidən oyanıb.
Bazar günü aktivləşən vulkanın zirvəsindəki kraterdən havaya qalın kül buludu atılıb.
Yerlilər Od vulkanı kimi tanınan dağın fəallığı barədə öncədən xəbərdar edilərək püskürən nəhəngdən təhlükəsiz məsafəyə uzaqlaşıblar.
Video şərhsizdir.