Azərbaycanlı karateist idmanın fəlsəfəsi, qadınlar və rayon həyatı haqqında

20 ildən çoxdur ki, karate ilə məşğul olduğunu bildirən Kamran Rəsulov deyir ki, bu sənətə marağını cavanlıqdan izlədiyi Bruce Lee filmləri doğurub.

O, karateyə bir "fəlsəfə" və "aləm" kimi baxır və düşünür ki, bəzi adamlar idmandan "sui-istifadə edirlər".

Ağdaş rayonunda yaşayan karate müəllimi həmçinin deyir ki, rayonda qızların məşq etməsinə "pis baxırlar".

"Rayon yerində kimsə ürəkli gəzə bilmir, şortikdə ürəkli qaça bilmir. Gəzən kimi, qaçan kimi deyirlər ki, filankəs belə elədi. Camaat hələ ayılmayıb".

<italic>Videonu kinorejissor Elvin Adıgözəl hazırlayıb. "<link type="page"><caption> Elvin Adıgözəlin insan hekayələri</caption><url href="http://www.bbc.co.uk/azeri/topics/elvin_videos/" platform="highweb"/></link>" layihəsində Azərbaycanda müxtəlif insanlar öz həyatları, problemləri, xoşbəxtlikləri haqqında danışır.</italic>