Keçmiş "vicdan məhbusu" ilə müsahibə
Kinorejissor Elvin Adıgözəl İnsan hekayələri silsiləsindən növbəti videosu üçün Göyçaya gedərək Amnesrty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” tanınmış hüquq-müdafiəçisi Taleh Xasməmmədovla görüşüb.
2011-ci ildə xuliqanlıq və polisə müqavimət göstərməkdə ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilmiş fəal 2012-ci ildə prezidentin əfv sərəncamına əsasən azad olunub.
O azadlığa çıxandan sonra hər şeyə qiymət verdiyini, lakin “həyata çox bağlanmayaraq işə üstünlük verdiyini" deyir .
Onun sözlərinə görə, əhali arasında onun özü kimi hüquqşünaslara ehtiyac yüksəkdir. Rəsmi orqanlara qarşı isə “inamsızlıq” var.