BBC Ukrayna tanklarının "təslim olunmasını" çəkib

BBC Ukraynada hökumətin Rusiyapərəst silahlılar tərəfindən müsadirə edildiyini dediyi zirehli maşınları videoya çəkib.

Ukrayna əsgərlərinin əlindən silahları alınandan sonra, Rusiyapərəst silahlılar onları Slovyanskdakı kafedə yedirib və sonra avtobusa mindirərək geriyə - Dnipropetrovska göndərib.

Ukraynanın müdafiə naziri etiraf edib ki, çərşənbə günü Kramatorsk şəhəri yaxınlığında 6 zirehli maşın rusiyapərəst silahlılar tərəfindən ələ keçirilib.

Zirehli texnikanı Slovyansk şəhərinə apardıqdan sonra Ukrayna əsgərlərinin sərbəst buraxıldığı bildirilib. Slovyansk şəhəri hazırda rusiyapərəst qüvvələrin nəzarəti altında qalır.

Yerli fəallar baş verən gərginlikdə Kiyevdəki hökuməti ittiham edirlər.

İndiyədək Ukraynanın şərq regionlarında fəallıq göstərən rusiyapərəst qüvvələr bir neçə şəhərdə inzibati binaları ələ keçiriblər.