Ağdam köçkünü: "Külək olanda işıq olmur, yağış təpəmizə tökülür"
Ağdamdan köçkün düşən Həsənovlar ailəsi Bərdə rayonu Soğanverdilər kəndinə gələndən sonra üzləşdikləri çətinliklərdən danışıblar.
Ziyad Həsənov və Xalidə Həsənova çox vaxtı soyuq və işıqsız qalan və su buraxan evlərindən şikayət edirlər.
<italic>BBC Azərbaycanca rejissor "<link type="page"><caption> Elvin Adıgözəlin insan hekayələri</caption><url href="http://www.bbc.co.uk/azeri/topics/elvin_videos/" platform="highweb"/></link>" layihəsini təqdim edir.</italic>
Rejissorun çəkdiyi qısa filmlərdə Azərbaycanda müxtəlif insanlar öz həyatları, problemləri, xoşbəxtlikləri haqqında danışır.