“Evdə rəng qurtaranda elə bilirəm ki, çörək qurtarıb”

Kinorejissor Elvin Adıgözəl “İnsan hekayələri” silsiləsindən növbəti videosu üçün Qazax rayonunda yaşayan rəssamla görüşüb.

Çaylı kəndinin sakini Nəcməddin Hüseynov monoloqunda incəsənətə münasibət bildirərkən deyir ki, Azərbaycan rəssamlarına dünya qiymət verəndən sonra həmin sənətkar vətənində də tanınır.

“Bizə gərək kənardan tərifləsinlər, onda görürük özümüz özümüzü”, - deyə rəssam gileylənir.

Rəssam hələ özünü tapmadığı deyir və bildirir ki, "bir-iki nəfər" həmkəndlisi onun sənətini başa düşsə “bu bəsidir”.