Papaqçının hekayəsi: "Sənət yox dərəcəsinə çatır"

"Köçən köçüb, ölən ölüb, qalan da mənəm", 1961-ci ildən bu sənətdə işləyən papaqçı deyir.

Onun sözlərinə görə, şəhərdə işləyən səkkiz papaqçıdan yalnız o qalıb, sənəti öyrənmək istəyənlər isə yoxdur.

Amma papaqçılığa marağın az olması onu çəkindirmir. "Sənəti işlədikcə mən özüm özümdən zövq alıram" - o, kinorejissor Elvin Adıgözələ deyib.