Calaqçının həyatı: Nə papiros çəkirəm, nə içirəm
"Nə papiros çəkirəm, nə də içki içirəm. Nə qədər boş vaxtım varsa, ancaq bu calaq işi ilə məşğul olacam".
Həyatından heç vaxt narazı olmadığını deyən, Ləmbəran kəndində yaşayan 74 yaşlı Alı Alıyevin peşəsi müəllimlikdir, amma o calaq işinə də sənəti kimi baxır.
O, bu sənət və həyatı barədə kinorejissor Elvin Adıgözələ danışıb və işini nümayiş də edib.
"İndi becərmişəm amma qalmışam belə. Sata bilmirəm. Dövlət tərəfindən bu alınsa mənimçün də xeyir olar, dövlətçün də", o deyir.