Çəkməçi: "Pulumun hamısı sələmə gedir"

Kinorejissor Elvin Adıgözəllə söhbət edən iki çəkməçi fərqli həyat tərzlərindən danışıblar.

Maşını olan Bəhruz Həmidov deyir ki, işi yaxşı gedir, çünki ayaqqabıların təmiri üçün tələbat yüksəkdir.

Elnur Lətifov isə deyir ki, qazandığı pulun əksəriyyəti sələmə, qalanı isə elə yeyib-içməyə gedir.

<italic>BBC Azərbaycanca rejissor "<link type="page"><caption> Elvin Adıgözəlin insan hekayələri</caption><url href="http://www.bbc.co.uk/azeri/topics/elvin_videos/" platform="highweb"/></link>" layihəsini təqdim edir.</italic>

Rejissorun çəkdiyi qısa filmlərdə Azərbaycanda müxtəlif insanlar öz həyatları, problemləri, xoşbəxtlikləri haqqında danışır.