Çernobıla göndərilən azərbaycanlının hekayəsi

1986-cı ildə Çernobıl fəlakəti baş verəndə Ukraynaya göndərilən azərbaycanlı həyatı barədə kinorejissor Elvin Adıgözələ danışıb.

II qrup əlil olduğunu bildirən Süleyman Allahyarov indi balıqçılıqla məşğul olur. Bu məşğuliyyət onun "bütün əsəblərini sakitləşdirir", o deyir.

<italic>BBC Azərbaycanca rejissor "<link type="page"><caption> Elvin Adıgözəlin insan hekayələri</caption><url href="http://www.bbc.co.uk/azeri/topics/elvin_videos/" platform="highweb"/></link>" layihəsini təqdim edir.</italic>

Rejissorun çəkdiyi qısa filmlərdə Azərbaycanda müxtəlif insanlar öz həyatları, problemləri, xoşbəxtlikləri haqqında danışır.