Ukrayna böhranı: Donetsk Krımın yolunu tutub?

Rusiya Federasiya Şurası Krımın Rusiyaya daxil olmaq barədə çağırışını dəstəkləyib. Bu kimi addım Ukraynanın digər hissələrinə nə kimi təsir göstərə bilər?

Son günlər rusiyapərəst qüvvələrin etirazları Ukraynanın şərqində müşahidə olunub. Donetsk şəhərində etirazçılar bir müddət ərzində hətta hakimiyyət binasını ələ keçirərək onun üzərində Rusiya bayrağını qaldırmışdılar.

Donetsk merinin müavini BBC-ə bildirib ki, gərginliyi aradan qaldırmaq üçün, rusdilli əhaliyə öz statusunu həll etmək imkanı verən referendum yaxşı şans ola bilərdi.

Polis mühafizəsində olan Donetsk administrasiyasına BBC müxbiri James Reynolds baş çəkib.