Xarkov nümayişçiləri: Lenin heykəlini sökməyə qoymayacağıq
Ukraynanın ikinci böyük şəhərində keçirilən mitinqdə Rusiyapərəst nümayişçilər Moskva ilə müştərək tarixin rəmzi hesab etdikləri Lenin heykəlini sökmək cəhdlərinə yol verməyəcəklərini deyiblər.
Fevral ayında Lenin heykəlinə həmlələr Suma və Poltava vilayətlərində həyata keçirilib.
Yerli media bu aksiyanın arxasında millətçi "Azadlıq" partiyasının durduğunu güman edib.