Erdoğan: “yazılımış telefon söhbətləşməsini polis hazırlayıb”

Türkiyənin Baş Naziri polisdəki əleyhdarlarını hökuməti və mənsub olduğu partiyaya qarşı saxta ittihamlarda günahlandırıb.

Recep Tayyip Erdoğan bu açıqlama ilə oğlu ilə olduğu iddia edilən telefon söhbətinin yazısının internetə yerləşdirilməsindən sonra çıxış edib. Həmin yazıda böyük məbləğdə pulların gizlədilməsi barədə söhbət aparılır.

Türkiyənin baş naziri “saxta” yazının hazırlanmasında ittiham etdiyi polis daxilindəki əleyhdarlarının cəzalandırılacağını bildirib.

Mövzunun təfərrüatları BBC müxbiri James Reynolds-un reportajında araşdırılır.