Universitetdə tələbəyə qarşı zorakılıq
Cümə günü Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun Təhsil Nazirliyinin akademik borcu olan tələbələrin əlavə ödəniş edilməsi ilə bağlı yeni qərarına etiraz edən narazı tələbələrlə görüşü keçirilib.
Görüşdən sonra mediaya açıqlama verən universitetinin kitabxanaçılıq fakültəsinin tələbəsi Hüseyn Novruzov mülki geyimlilər tərəfindən zorakılığa məruz qalıb.
Universitetin mühafizə xidmətinin rəisi tələbə gəncin döyülməsini təkzib edib və belə bir şeyin olmadığını bildirib.