Kiyevdə toqquşmalar: ölən və yaralananlar var

Parlament binası və əsas etiraz səhnəsi qalan Müstəqilik Meydanı yaxınlığındakı Qruşevski küçəsindən etirazçıların çıxarılması vaxtı 3 nəfərin həlak olduğu bildirilir.

Yüzlərlə adam xəsarət alıb. Prokurorlar həlak olanların güllə yaralarından öldüyünü təsdiqləyiblər.

Zorakılıq etiraz aksiyalarını tənzimləyən qanunların sərtləşdirilməsinin ardınca yer alır. Bazar günü müvafiq qaydaların təsdiqlənməsindən sonra polislə etirazçılar arasında qarşıdurma yenidən qızışıb.

“Dinc aksiya kütləvi zorakılıq, yanğın və iğtişaşa çevrildiyi halda o yalnız Kiyev deyil, bütün Ukrayna üçün təhlükə yaradır”, - Prezident Viktor Yanukoviç müxalifət liderlərilə görüşdən əvvəl televiziya çıxışında bildirib.

Çərşənbə günü etirazçılar polisə doğru fişəng və benzin bombaları atıblar. Polis isə rezin güllə və səs qumbaralarından istifadə edib.

Kiyevdə qarşıdurmanı BBC müxbiri Daniel Sandford izləyib.