Etirazlardan sonra Kiyevin "viran" vəziyyəti
Bazar günü Kiyevdə polislə Avropapərəst etirazçılar arasında bütün gecə davam edən toqquşmalardan sonra şəhərin bəzi yerləri "ciddi şəkildə viran olub", BBC-nin müxbiri Daniel Sandford Ukrayna paytaxtından xəbər verir.
Toqquşmalar nəticəsində bir neçə polis avtomobili yandırılıb. Bəzi polislər rezin güllələr, etirazçılar isə onlara "molotov kokteylləri" atmağa davam edir, müxbirimiz deyir.
Toqquşmalardan sonra Ukrayna Prezidenti Viktor Yanukoviç müxalifət liderləri ilə danışıqlar aparmağa razılaşıb.
O deyib ki, dərinləşən böhranı həll etmək üçün bazar ertəsi komissiya yaradılacaq. Müxalifət liderləri bu məlumatı təsdiqləyib.