Eurovison 2014: Azərbaycanla Ermənistan eyni qrupa düşüb
2014-cü ilin may ayında Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək Kopenhaqen şəhərindəki püşk atma nəticələri yarışın yarımfinalçılar qruplarını müəyyən edib.
Nəticələrə əsasən Azərbaycan Ermənistan, Estoniya, Latviya, Rusiya, Moldova və Ukrayna ilə yanaşı 16 ölkədən ibarət qrupa aid edilib.
Sabiq sovet məkanından daha iki ölkə - Gürcüstanla Litva 15 dövləti bira araya gətirən ikinci yarımfinalçılar qrupunda təmsil olunub.
Yarımfinallar mayın 6-da və 8-də keçirilməlidir. Yarışların finalı isə mayın 10-na təyin olunub.
Eurovision-ın təsisçisi olan 5 Avropa ölkəsi - İtaliya, Fransa, Britaniya, İspaniya və Almaniya ilə yanaşı sonuncu yarışda qalib olmuş Danimarka yarımfinalda iştirak etmədən bilavasitə final mərhələyə qatılır.
Danimarka Eurovision müsabiqəsini 3-cü dəfədir ki, qəbul edir.