Avropa yoxsa Rusiya: Yerevanlılar nə düşünür?

Ermənistan Avropa ilə yaxınlaşmaq məsələsinə münasibətini Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqına daxil olmaqla bildirib.

Bu barədə qərar sentyabrın əvvəlində Serj Sarkisyanla prezident Vladimir Putinin görüşündən sonra elan edilib.

Bundan əvvəl gözlənilirdi ki, Ermənistan rəhbərliyi la Avropa İttifaqı arasında Assosiasiya sazişinin bağlanılması ilə bağlı üç il yarım davam edən danışıqlar öz yekunu 28-29 Noyabrda Vilnüsdə “Şərq Tərəfdaşlığı” Sammiti vaxtı rəsmi sənədin imzalanmasında tapacaq.

Hökumətyönlü mətbuata əsasən ölkə Rusiya, Belarus və Qazaxıstandan sonra gömrük blokuna üzv olmasının iqtisadi bəhrələrini görəcək.

Lakin bu mövqeni tənqid edənlər qərarın Rusiya təzyiqi altında atıldığını bildirirlər. BBC müxbiri Aleksey Manvelyan xəbər verir ki, mövzu ilə bağlı fikir ayrılığı Yerevan sakinləri arasında da nəzərə çarpır.