100 qadın: Yevlaxlı mühərrik ustası Xuraman Məmmədova
Yevlax rayonunda yaşayan Xuraman Məmmədova mühərrik ustasıdır. O, iş fəaliyyətinə 1972-ci ildə başlayıb.
"Elə o vaxtdan bu sənətin arxasındayam", o deyir.
Xuraman xanım Yevlaxda sex açıb və indi orada işləyir.
"Qadınlarla ünsiyyətdə ola bilmirəm, əynimdəki paltarım qadın paltarı olsa da, kişi xasiyyətliyəm", -deyir.
Kinorejissor Elvin Adıgözəl onunla BBC-nin 100 qadın layihəsi üçün söhbət edib.
100 Qadın: BBC-nin diskussiyasına qoşulun!
Oktyabr ayında BBC “100 qadın” adlı qlobal müzakirə keçirir. Biz bu diskussiyada 21-ci əsrdə dünyanın müxtəlif ölkələrində qadınların həyatı, onların üzləşdikləri gündəlik çətinliklər, həmçnin qarşılarında açıla biləcək imkanlardan söhbət açacağıq.
Bəs sizcə bu diskussiyada Azərbaycan qadınları ilə bağlı hansı məsələləri müzakirə etmək olar? Öz ideya və şərhlərinizi səhifənin axırındakı ünvana göndərin.
Biz auditoriyamızdan aşağıdakı suallara cavab verməyi xahiş edirik:
• Ölkənizin iqtisadiyyatında qadınların rolu nədən ibarətdir?
• Qadınlar siyasət və biznesdə daha böyük rol oynaya bilərlərmi? Bunu etməkdə onlara nələr mane olur?
• Ana və həyat yoldaşı olmaq qadınların peşədə və başqa sahələrdə irəli getməsinə nə dərəcədə mane olur?
• İrəli getmək öz yerində, feminizm barədə nə düşünürsünüz? Bu cərəyan müasir cəmiyyətdə mühüm rol oynamaqda davam edirmi?
• Din qadınlara kömək edir, yoxsa onların hüquqlarını əllərindən alır?
• Kütləvi İnformasiya Vasitələrində qadınların səsi eşidilirmi, onların mövqeyi və rəyləri əksini tapırmı?
Oktyabr ayında BBC müxbirləri bu suallardan bəzilərinə cavab axtaracaqlar. Lakin biz sizin mövqeyinizi bilmək istəyirik.
Bəşəriyyətin yarısının problemləri
Ötən yüz il ərzində qadınlar bütün dünya boyunca çoxlu nailiyyətlər qazanıblar. Lakin bütün bu uğurlara baxmayaraq, qadınlar demək olar ki, dünyanın bütün ölkələrində öz siyasi, mədəni və sosial haqlarının müdafiəsində kişilərdən daha böyük maneələrlə üzləşirlər.
Bəzi qadınlar öz təhsil və səhiyyə haqları uğrunda mübarizə aparırlar, bəziləri isə əməkhaqlarının artırılmasına nail olmaq istəyirlər.
Dünyada qadınları məişət zorakılığı, qadın sünnəti və seksual təqib kimi real təhlükələr də izləyir.
Lakin bu da deyilməlidir ki, məhz indi qadınların qarşısında geniş imkanlar açılır.
Azərbaycan qadını haqda məlumat
Rəsmi məlumatlara görə, Azərbaycan qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub.
Ölkə 1992-ci ildən BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna üzv olub.
Bununla belə, Dünya İqtisadi Forumunun “Qlobal Gender Bərabərsizliyi -2012” hesabatına görə, iqtisadiyyatda cins bərabərsizliyi baxımından Azərbaycan 135 ölkə içərisində 74-cü, siyasi iştiraka görə 113-cü, təhsil almağa görə 84-cü yerdədir.
BMT İnkişaf Proqramının 2013-cü ildə insan inkişafına dair hesabatına görə Azərbaycanda kişilər arasında iqtisadi aktivlik əmsalı 68,5 faiz, qadınlar arasında 61,6 faiz təşkil edir.
Azərbaycanda yaşı 25-dən yuxarı olan kişilərin 95,7 faizi, qadınların isə 90 faizi ən azı orta təhsilə malikdir.
Bütün dünya boyunca getdikcə daha çox qadln təhsil və başqa hüquqlarını qazanır.
Onlar qızlarının parlaq gələcəyini təmin etməyə can atırlar.
Biz 200-dən artıq ölkədə yaşayan qadınlardan söz aça bilək deyə, sizin fikirlərinizə, rəy və şərhlərinizə ehtiyac duyuruq.
Hərtərəfli diskussiya
Bu mövsüm oktyabrın 25-də Londonda keçiriləcək konfransla başa çatacaq. Bu konfransa dünyanın müxtəlif yerlərindən yüz qadın qatılacaq. Onlardan bəziləri məşhur adamlar olacaq, bəzilərini isə çox az tanıyan var.
Lakin BBC-nin London iqamətgahındakı görüş və müzakirələrdə onlar bir-birlərini daha yaxşı tanımaq imkanı qazanacaqlar.
BBC Azərbaycanca sosial şəbəkələrdə
<link type="page"><caption> Twitter mikrobloqumuz</caption><url href="https://twitter.com/bbcazeri" platform="highweb"/></link>
<link type="page"><caption> Facebook səhifəmiz</caption><url href="https://www.facebook.com/BBCAzeri" platform="highweb"/></link>
<link type="page"><caption> YouTube kanalımız</caption><url href="http://www.youtube.com/bbcazeri" platform="highweb"/></link>
Bu konfrans internetdə canlı yayımlacacaq, tədbiri həmçinin BBC World News telekanalının canlı efirində və BBC Dünya Xidmətinin dalğalarında izləyə bilərsiniz. Konfransı Dünya Xidmətinin 27 dil redaksiyalarının əksəriyyəti canlı yayımlayacaq.
BBC-nin bu xüsusi proqramı qadınlara öz rəylərini söyləmək, təkcə özləri barədə deyil, həm də ailələri, icmaları və ölkələri barədə danışmaq imkanı verəcək və biz sizin sözünüzü deməyinizi istəyirik.
Əgər diskussiyada iştirak etmək istəyirsinizsıə, bizimlə <link type="page"><caption> elektron poçt</caption><url href="azeri.service@bbc.co.uk" platform="highweb"/></link> azeri.service@bbc.co.uk və ya <link type="page"><caption> Facebook</caption><url href="https://www.facebook.com/BBCAzeri" platform="highweb"/></link> və <link type="page"><caption> Twitter</caption><url href="https://twitter.com/bbcazeri" platform="highweb"/></link> səhifələrimiz vasitəsilə əlaqə saxlayın (məlumatın mövzusu: 100 Qadın), bizimlə həmçinin #100Qadın həştəqindən istifadə etməklə sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilərsiniz.