Elvin Adıgözəlin insan hekayələri
BBC Azərbaycanca rejissor "Elvin Adıgözəlin insan hekayələri" layihəsini təqdim edir.
Rejissorun çəkdiyi qısa filmlərdə Azərbaycanda müxtəlif insanlar öz həyatları, problemləri, xoşbəxtlikləri haqqında danışır.
İlk filmin qəhrəmanı Mingəçevirdə şirniyyat sexlərindən birində çalışan Fazilə Alxanovadır.
Gənc rejissor Elvin Adıgözəlin Ru Həsənovla birlikdə çəkdiyi "Buqələmun" filmi bu ilin avqustunda İtaliyanın Locarno festivalında nümayiş olunub.