100 Qadın: Dünyanın yarısı danışır
Gənc qız dünyaya gələndə, həyat onu hara aparacaq?
Onda ətrafındakı oğlanlarda olduğu qədər imkanları olacaqmı? O, daha mübariz olmalı olacaq, yoxsa eyni problemlərlə üzləşəcək?
Qərbdə feminizm 100 ildir ki, mövcud olsa da, bir çox qadın və qız hələ də kişilərin idarə etdiyi cəmiyyətdə, gənc yaşdan müəyyən edilmiş rola uyğun olaraq yaşayır.
Dünyada milyonlarla yeniyetmə qız məktəbi bitirmir. Qərbdəki həmyaşları karyeraları barədə düşünməyə başlayarkən, inkişaf etməkdə olan ölkələrdə milyonlarla qız ana olur.
Amma bu, qadınların indiyə qədər yaşadığı ən yaxşı dövrdür. Anaların sağlamlığı və təhsilə giriş yaxşılaşır. Gəlirlər yüksəlir və qadınlar dünya bizneslərində rəhbər vəzifələrdədir.
Oktyabr ayında BBC-nin "100 Qadın" mövsümü yaşadığımız dünyaya, qadınların gözlərilə baxacaq. Axı onlar dünyanın yarısını təşkil edir.
Qrafikanı David Botti hazırlayıb