Erdoğan Türkiyədəki etirazlar haqqında danışır

Bazar ertəsi Türkiyə baş naziri Recep Tayyip Erdoğan deyib ki, hökümətə qarşı dörd gündür davam edən etirazlar Türk Baharı təşkil etmir.

Onun Mərakeşə getməzdən əvvəl keçirdiyi mətbuat konfransında dediklərinə görə, etirazlar ekstremistlər tərəfindən təşkil olunub və müxalifət "onun vətəndaşlarını" qızışdırıb.