Gezi Parkı: polis nümayişi qaz və su şırnağı ilə dağıtdı
İstanbulda Taksim Gezi Parkının sökülməsinə qarşı oturma aksiyasını dağıdan polis aksiyaçılara qarşı gözyaşardıcı qaz, su şırnağı və tüstü bombalarından istifadə etməsi barədə məlumat var.
Parkın yerində ticarət mərkəzinin tikilməsinə etiraz edən yüzlərlə nümayişçi, parkı mayın 28-dən zəbt ediblər.
Onlar deyirlər ki, bu, Türkiyənin ən böyük şəhərinin sonuncu yaşıl məkanıdır.
Etirazlara baxmayaraq Türkiyə höküməti deyib ki, tikinti planlarını ləğv etməyəcək.
Səhər saat 5:00 radələrində nümayişə müdaxilədə yüzlərlə təhlükəsizlik işçisi iştirak edib.
"Dinc etiraz üçün bir araya gələn fəallar arasında çoxsaylı yaralı var", Rengin Arslan BBC Türkcə üçün İstanbuldan xəbər verir.