Koronavirus: karantin rejimində uşaq baxımı və ev işlərinin əksəriyyətini analar görür?

Şəklin mənbəyi, Getty Images
Yeni bir araşdırmaya görə, karantin rejimi vaxtı ev işlərinin əksəriyyətini və uşaqlara qulluğu analar edir.
Tədqiqatlar göstərir ki, ailədə ana və ata işləyirlərsə, həmin evlərdə qadınlar daha çox iş görür və uşaqlarla daha çox vaxt keçirirlər.
Maliyyə Tədqiqatları İnstitutu (MTİ) və University College London (UCL) 3500 ailə arasında sorğu keçirib.
Anaların atalar tərəfindən görülən üç saatlıq işi bir saatda gördükləri bəlli olub.
"Atalarla demək olar ki, eyni şərtli işdə çalışan analar buna baxmayaraq, evdə daha çox uşaq baxımı və daha çox ev işləri görürlər", - MTİ-nin iqtisadçısı Lucy Kraftman bildirir.
O, tədqiqatın ana və atanın hər ikisinin işlədiyi ailələrə, həm də hər iki valideynin işi dayandırdığı və ya işdən çıxdığı ailələrə tətbiq olunduğunu söyləyib.
"Valideynlərin uşaq baxımı və ev işlərini bərabər bölüşdüyünü gördüyümüz yeganə ev təsərrüfatları hər iki valideynin əvvəllər işlədikləri ailələrdir, ancaq ata indi işi dayandırıb, ana hələ də maaşlı işdədir" dedi.
"İstənilən halda, belə ev təsərrüfatında analar gündə beş saatlıq ödənişli işdən sonra bir o qədər vaxt da evdə partnyorları ilə eyni miqdarda ev işləri görürlər".
"Potensialı açmaq" firmasının peşəkar qadınlarla işləyən məşqçisi Paula Sheridan müştərilərinin "demək olar ki, hamısı" "yemək planlaşdırmağın, cədvəllər hazırlamağın və uşaqlar üçün öyrənmə qaynaqlarını yükləməyin və digər onlarla başqa işlərin onların öhdələrində olması barədə danışıqlarını eşitdiyini deyir.
"Evdə əsas gəlir mənim olsa da, nahar və şam yeməyi üçün işi dayandırmalı olan mənəm, yoxsa o bu barədə heç düşünməyəcək", bir müştəri ona deyib.

Şəklin mənbəyi, PAULA SHERIDAN
Bir başqası ona deyib: "Partnyorum işdən ayrılıb, lakin hələ də iş telefonuma uşaqlardan suallar dolu gələn zənglər kəsilmir və bu atalarının Netflix izlədiyi zamanlarda baş verir".
Xanım Sheridan ev tapşırıqlarına və uşaq baxımı məsuliyyətlərinə fərqli yanaşmanın analıq məzuniyyəti zamanı başladığına inandığını deyir.
Yeni ana və ataların yalnız 2faizi valideynlik məzuniyyəti götürmək hüququnu bölüşdürür. Bu, ümumiyyətlə qadına gündəlik rutini qurmaq və valideyn olmağı öyrənmək məsuliyyətini yükləyir - adətən cəhdlər, təcrübələr və səhvlər yolu ilə.
"Kişilər qadınlara qarşı deyil"
Valideyn olmaq evdə yeməyin olmasını təmin etmək, onu bişirmək, lazımi yerlərdə uşaq baxımını təşkil etməkdir. Uşaqlar böyüdükcə onların məktəbdən sonrakı fəaliyyətlərini izləmək və ən əsası da doğru hədiyyə ilə uşaqların doğum günü partilərinə gedib-getməmələrinə şərait yaratmaq da valideyn olmağın məziyyətlərindəndir.
"Bu, ümumiyyətlə kişilər qadınlara qarşı məsaələsi deyil", - xanım Şeridan deyir, "Partnyor bütün bunların hətta baş verdiyinə dair heç bir təsəvvürə malik deyil, çünki o buna heç ehtiyac da duymur".
Analar hələ də evdə karantin rejimində vaxtın keçirilməsini təşkil edənlərdir.
"Nəticədə, iki valideynli ailələrdə analar orta hesabla, fasiləsiz şəkildə ataların ödənişli iş gününün üçdə birini çalışırlar", Maliyyə Tədqiqatları İnstitutu və University College Londonun araşdırmaları deyir.
Kişilər və qadınlar arasındakı daha çox maaş fərqi?
Karantin rejiminin tətbiqindən əvvəl analar orta hesabla ataların gördükləri fasiləsiz iş saatlarının 60 faizini görürdülər.
"Bu, karantin rejiminin cinslərə görə əmək haqqı fərqinin daha da artmasına səbəb olması riski yaradır", İFS mütəxəssisis Alison Andrew bildirir.
Lakin onun həmkarı Sonya Krutikova karantin rejiminin valideynlər arasında ev tapşırıqlarının daha bərabər paylanmasına səbəb ola biləcəyinə ümid etmək üçün bəzi səbəblərə diqqət çəkir.
"Atalar indi orta hesabla böhrandan əvvəl uşaqlara baxmaqla bağlı iki dəfə artıq ş görürlər" deyir.
"Bu, ataların, anaların, uşaqların və işəgötürənlərin iş həftəsində ailənin uşaq baxımı və məişət işlərinə olan ehtiyaclarını qarşılamada ataların rolunda dəyişikliklərə gətirib çıxara bilər".








