Fotoqraf uçurumun kənarında təsadüfən çəkdiyi sevgililəri axtarır

Şəklin mənbəyi, Matthew Dippel
Fotoqraf Matthew Dippel ABŞ-ın Yosemite milli parkında çəkdiyi fotosunun qəhrəmanlarını axtarır.
Bu fotoda şlyapalı kişi uçurumun kənarında bir dizi üstə çökərək uzun libasda olan qadına evlilik təklif edir.
Bu insanlar kimdir? Onlar hardandırlar? Onların adı nədir? Hələki bu məlum deyil. Cütlük kadra təsadüfən düşüb.
Şəkil oktyabrın 6-da Kaliforniyada çəkilib. Matthew həmin anda elə həmin uçurumun yanına gələcək dostu Joshua-nı gözləyirdi. Yosemite Milli Parkı özünün maraqlı uçurumları və şəlalələri ilə məhşurdur. Fotoqraflığı özü öyrənən Matthew Dippel üçün bura gəlmək və burada foto çəkmək prinsip məsələsi idi.
"Yosemite - foto çəkilişi üçün maraqlı yerdir. Düzünü desəm, bura pis foto çəkməyın çətin olduğu bir yerdir"-deyə Matthew BBC-yə danışıb.
Lazım olan yerdə lazım olan vaxtda
24 yaşlı fotoqraf digər fotoqraflar və turistlərlə dayanaraq dostu Joshua-nın 3500 metrlik yüksəkliyin kandarına gəlməyini gözləyən zaman sevgililərin kadra düşdüyü bu fotonu çəkib.

Şəklin mənbəyi, Matthew Dippel
"Məndə kamerada hər şey hazır idi, mən yalnız düyməni basmalı idim. Mən digər fotoqraflara mane olub olmadığımı yoxladım, amma yanımda kimsə yox idi".
Joshua-nın fotolarını çəkdikdən sonra Matthew bütün ətrafı dolaşaraq fotolarını göstərmək üçün cütlüyü tapmağa cəhd göstərib. O, bir çox insanları, o cümlədən şəkil çəkdirməyə hazır olan cütlükləri tapsa da, öz qəhrəmanlarını tapa bilməyib.
Bir neçə gün əvvəl Dippel internetdə hələ də cütlüyü axtardığını elan edərək izləyicilərindən axtarışda kömək etmələrini xahiş edib.
"Mən sadəcə bu insanların kim olduğunu bilmək və onlara öz fotoloranı vermək istəyirəm. Mənə elə gəlir ki, bu onların xatırlaması üçün xüsusi bir an idi", - o, deyir.

Şəklin mənbəyi, @DippelMatt
"Səhnələşdirilməyib"
Sosial şəbəkə istifadəçilərinin bəziləri Dippel-in fotosunu səhnələşdirilmiş hesab ediblər. Onların fikrincə, cütlük dağlarda gəzmək üçün çox yaxşı geyinib.
"Fotonun əsl olduğuna şübhə edən insanlarla mübahisədə hamı məni dəstəkləyir. Orada ümumiyyətlə səhnələşdirmə yoxdur. Bu cütlük kimdir, mən bilmirəm. İndi mən onları tapmağa çalışıram", - fotoqraf deyir.

Şəklin mənbəyi, Matthew Dippel
Taft Point parkdakı ən məhşur yerlərdən biridir. Bəzi cütlüklər bura hətta toy libasında gəlirlər. Buradan möhtəşəm görüntü var, ora getmək çətin deyil. Bu yer yaxınlıqdakı avtomobil dayancağından 3,5 km məsafədə yerləşir.
"Bu foto burada evlilik təklifi əks olunan ilk foto deyil. Taft Point-in geolokasiyasına baxın və buna bənzər fotoları görəcəksiniz. Buna görə də mən bu fotonun belə məhşurlaşmasına təəccüblənirəm", - fotoqraf deyir.

Şəklin mənbəyi, Matthew Dippel
Cütlüyün axtarışı artıq neçə gündür ki, davam edir. Matthew Dippel əvvəlki kimi fotosunun qəhrəmanlarını tapacağına ümid edir.
"Hələ də ümid var, çünki foto əvvəlki kimi məhşurlaşmaqda davam edir. Onları tapacağıma ümid edirəm. Düzünü desəm, onların hələ də tapılmadığına təəccüblənirəm", - o deyir.







