Səyahət şəkilləri: Ən yaxşı fotolar

Vaqonlar arasında oturmuş qadın. Dəkkə, Banqladeş

Şəklin mənbəyi, GMB Akash / TPOTY

Banqladeşdə gənc qadın yol haqqını ödəməmək üçün sürətlə gedən qatarın vaqonlarını biri-birinə bağlayan kilidləmə qurğusuna əyləşib.

Foto 2009-cu ilin Travel Photographer of the Year müsabiqəsinin qalibi GMB Akash tərəfindən çəkilib.

Bu foto Londonun Greenwich rayonunda yeni təşkil olunmuş pulsuz sərgidə nümayiş etdirilir.

Sərgidə, müsabiqədə son illərdə qalib gəlmiş və eləcə də münsiflərin son 14 ilin arxivindən seçdiyi şəkillər nümayiş etdirilir.

Grey line 2 pixels

2003, Hoi An, Vyetnam

Michael Matlach, ABŞ

Hoi An, Vietnam

Şəklin mənbəyi, Michael Matlach / TPOTY

Münsif şərhi: "Hoi An-ın səhər bazarı təsvirində rəng və hərəkət aşıb-daşır. Michael Matlach, çəkdiyi şəkildə bazarın ruhunu bir kadrla tamaşaçıya çatdıra bilib."

Grey line 2 pixels

2004, Kolenze, Mali

Remi Benali, Fransa

Kolenz, Mali

Şəklin mənbəyi, Remi Benali / TPOTY

Şəkildəki oğlan isti hava mövsümündə sərin yelin əsməsinə sevinir.

Grey line 2 pixels

2005, Havana, Kuba

Lorne Resnick, Kanada

Havana, Kuba

Şəklin mənbəyi, Lorne Resnick / TPOTY

Fotoqraf Lorne Resnick: "Mən yaşayış binası həyətinə daxil olanda, nədənsə arxaya da nəzər saldım. Bir-birinə qonşu olan iki pəncərə arasında ticarət başlamışdı - bir qadın qonşusuna bir cüt yumurta verirdi."

Grey line 2 pixels

2005, Niderland

Gerard Kingma, Niderland

Niderland

Şəklin mənbəyi, Gerard Kingma / TPOTY

Münsif şərhi: "Fotoqraf Gerard Kingma-nın bəxti gətirib ki, belə bir anı kamerasına çəkə bilib. Bu foto "Azadlıq anı" mövzusunun qalibi çıxıb."

Grey line 2 pixels

2005, Jalisco, Meksika

Todd Winters, ABŞ

Jalisco, Meksika

Şəklin mənbəyi, Todd Winters / TPOTY

Meksikanın Tepatitlan şəhəri. Yolun qırağında papaqçı, müştəriləri cəlb etmək üçün tikdiyi şlyapalarını sərgiləyib. Sadəliyi ilə seçilən bu şəkil tamaşaçıda bir sıra suallar doğurur. Satıcı yuxulayır? O, başındakı şlyapanı şəkildə solda görünən boş dirəkdənmi çıxarıb? Yoxsa, həmin dirəkdəki şlyapa artıq satılıb?

Grey line 2 pixels

2009, Mathura, Uttar Pradesh, Hindistan

Poras Chaudhary, Hindistan

Hindu festivalı. Mathura, Uttar Pradesh, Hindistan

Şəklin mənbəyi, Poras Chaudhary / TPOTY

Hindistanda qışı yola salan və baharı qarşılayan, iştirakçılara şən əhval-ruhiyyə və enerji verən Hindu festivalı.

Grey line 2 pixels

2011, Kanada Arktikası

Thomas Kokta, Almaniya

Kanada Arktikası

Şəklin mənbəyi, Thomas Kokta / TPOTY

Fotoqraf Thomas Kokta: "Günəş fırtınalarının maksimum intensivliyi 2011-ci ilə təsadüf etmişdi. Həmin il Şimal Qütb parıltısını müşahidə etmək üçün əlverişli vaxt idi. Bu səbəbdən mən Qütb parıltısını çəkmək üçün Kanada Artikasında vaxt keçirməyə 3 həftə ayırdım. Həmin zaman orada havanın temperaturu gecə -40C və -45C arasında idi."

Grey line 2 pixels

2011, Ağ Dəniz, Kareliya regionu, Şimali Rusiya

Franco Banfi, İsveçrə

Beluga whale. White Sea, Karelia Region, Northern Russia

Şəklin mənbəyi, Franco Banfi / TPOTY

Fotoqraf Franco Banfi: "Ağ balina mənə tərəf üzdü və ən son anda mənə dəyməkdən yayındı. O, bunu bir neçə dəfə təkrar etdikdən sonra mənə tərəf yaxınlaşmağa başladı və nəhayət dayanaraq şəklini çəkməyə imkan verdi. O, aqressiv deyildi, sadəcə oynamaq istəyirdi."

Grey line 2 pixels

2012, Omo çayıvadisi, Efiopiya

Jan Schlegel, Almaniya

Biwa - Omo River Valley, Ethiopia

Şəklin mənbəyi, Jan Schlegel / TPOTY

Fotoqraf Jan Schlegel: "Biwa, Karo tayfasının ən çox hörmət göstərilən döyüşçülərindən biridir. O, fərəh hissi ilə mənə 3 şir, 4 fil, 5 bəbir, 15 bizon, çox sayda timsah və qonşu tayfalarla toqquşmalarda bir neçə adamı öldürdüyünü bildirib. Dərindən ah çəkdikdən sonra isə o deyib ki, artıq indi vəziyyət dəyişib və ovçuluqla məşğul olmağa daha icazə verilmir və o, köhnə vaxtların həsrətini çəkir".

Grey line 2 pixels

2012, Sibir, Rusiya

Alessandra Meniconzi, İsveçrə

Nenli qız uşağı - Sibir, Rusiya

Şəklin mənbəyi, Alessandra Meniconzi / TPOTY

Nenlər maral saxlayan və köçəri həyat tərzi yaşayan xalqdır. Onlar Şimal Qütb dairəsinin xaricində, çətin hava şəraiti və mühitində yaşayırlar. Onlar maral dərisi və keçədən qurduqları çadırlarda yaşayırlar. Həmin çadırlara nenlər "çum" deyir. Bu şəkildəki qız uşağı evinə odunluq ağaç parçası aparır.

Grey line 2 pixels

2013, Phuket, Tailand

Justin Mott, ABŞ

Fil - Phuket, Tailand

Şəklin mənbəyi, Justin Mott / TPOTY

Fotoqraf Justin Mott: "Bu şəkil tamaşaçıları məəttəl qoyur: "Əgər fil sudadırsa, ayaqları niyə görünmür" - bu sualın cavabı sadədir. Fil suda yox, sahildə dayanıb! Şəkildə suda görünən qız, su səthi hüdudsuz olduğu təəssüratı bağışlayan, geniş bir hovuzda üzür. Bu kadrın belə alınması üçün mən hovuza girərək, kameramı sukeçirməz torbada suyun səthində elə yerləşdirdim ki, cihaz yarıyadək suda olsun."

Grey line 2 pixels

2014, Mara çayı, Şimali Serengeti

Nicole Cambre, Belçika

Qnu antilopları - Mara çayı, Şimali Serengeti

Şəklin mənbəyi, Nicole Cambre / TPOTY

"Qnu antilopları sürüsü yağışın altında çaşıb qalıb. Sürü çayı hər iki istiqamətdə keçir. Sıldırım qayanın qırağına çatan heyvanların bir qrupu aşağıda görünən daha iri digər bir dəstəyə qoşulmağa çalışır. Şəkildə qayadan özünü aşağı atan qnu antilopun öz növbəsini gözləməyə, görünür, hövsələsi çatmayıb."

Grey line 2 pixels

2014, Kinşasa, Konqo Demokratik Respublikası

Johnny Haglund, Norveç

'Les Sapeurs' - Kinşasa, Konqo Demokratik Respublikası

Şəklin mənbəyi, Johnny Haglund / TPOTY

"Les Sapeurs" adlı qrupun üzvləri ətrafdakı yoxsulluq mənzərəsi fonunda Kinşasa küçələrini bahalı modelçi dizaynerlərin tikdiyi paltarda gəzirlər. Onlar Konqo Demokratik Respublikasındakı digər kişilərdən fərqli görünməyə çalışsalar da, əslində adi sakindirlər - onlar hamı kimi adi işdə işləyir, uşaq-ailə saxlayır.

Grey line 2 pixels

2015, Atchafalaya gölü, Louisiana, ABŞ

Marsel van Oosten, Niderland

Kayakçılıq - Atchafalaya gölü, Louisiana, USA

Şəklin mənbəyi, Marsel van Oosten / TPOTY

Fotoqraf Marsel van Oosten: "Atchafalaya hövzəsi ABŞ-da göl və bataqlıqlarla zəngin ən iri ərazi sayılır. Şəkildə, bu ərazidə saysız-hesabsız kanallardan birində avar çəkən kayakçı təsvir olunub. Foto, səhərin çəni seyrələrkən çəkilib. Şəkildəki mənzərədə müyyən səliqə və nizam hiss olunur. Louisiana ştatında da belə bir ərazi var, lakin oradakı mənzərədə nizam yoxdur."

Grey line 2 pixels

Travel Photographer of the Year sərgisi Londonun Greenwich rayonunda avqusutun 4-dən sentyabrın 3-dək davam edəcək.

Bütün çəkillərə müəlliflik hüququ Travel Photographer of the Year təsisatına məxsusdur.