Şəkillər: Şotlandiyadan Rusiyaya aparan uzun yol

Yol dağlıq ərazidən keçib

Şəklin mənbəyi, James Parker

Şotlandiyadan Rusiyaya avtomobildə yol nə qədər çəkə bilər? James Parker özü ilə yola kamerasını da götürüb. Xeyriyyə məqsədi ilə 1972-ci ilin klassik Morris Minor markalı maşınında təxminən 16 min kilometr yol keçib. Bütün fotolar James Parkerindir.

Parker bu yola 53 gün sərf edib - 19 ölkəni, 3 səhra və iki dənizi qət edib.

O, cəmiyyətdə kişilərlə bağlı gender gözləntilərinin Qərbdən Şərqə necə dəyişdiyini öyrənmək üçün əsasən kişiləri lentə alıb.

Bu gəncin atı da var

Şəklin mənbəyi, James Parker

Oğlan velosiped sürür

Şəklin mənbəyi, James Parker

Səyahəti zamanı Parker elə hey düşünüb: "Kimi lentə alacağım barədə düşünürdüm... Mən özümə tanış gələn situasiyalara daha çox diqqət verirdim."

Bunun nəticəsi kimi, o, özü kimi gəncləri lentə daha çox alıb, onlarla dostlaşıb: "Velosiped elə bir universal obyektdir ki, dil baryerini asanca aşa bilir."

Velosipedli oğlanlar

Şəklin mənbəyi, James Parker

İt maşının kölgəsində sərinləyir

Şəklin mənbəyi, James Parker

Yük maşınını sürən gənclər

Şəklin mənbəyi, James Parker

Morris Minor

Şəklin mənbəyi, James Parker

Belə bir nadir maşında hərəkət etməyin özü də bir üstünlük deməkdir.

"Biz istirahət üçün dayananda, gözlənilmədən haradansa kofe gəlirdi", deyə Parker xatırlayır.

"10 mexanik peyda olurdu, maşının ətrafına yığılıb kapotu açırdılar - sankı Formula 1-in köməkçi heyəti idi."

Uç kişi və qarpız

Şəklin mənbəyi, James Parker

Toranlıqda yolda durmuş avtomobil

Şəklin mənbəyi, James Parker

Bağında dayanmış kişi

Şəklin mənbəyi, James Parker

Səyahət zamanı Parker özü üçün bir sıra nəticələrə gəlib. O anlayıb kı, gündə 10 saat sükan arxasında keçirmək üzücü ola bilər.

Daha bir sınaq ucqar ərazilərdə yanacaq və yemək tapmaq olub.

Polis tərəfindən saxlanılıb yoxlanmaq da bu səyahətin digər bir reallığına çevrilib.

Onun sözlərinə görə, bu yoxlamalar bəzən elə "bir-iki siqareti hədiyyə etməklə və əl sıxma ilə" bitirdi.

İki oğlan

Şəklin mənbəyi, James Parker

Tikinti meydançasında dayanmış kişi

Şəklin mənbəyi, James Parker

Avtomobillər və gölməçə

Şəklin mənbəyi, James Parker

"Qobi səhrasında açıq səma altında gecələmək, İstanbulda dövlət çevrilişinə cəhd edilən günlərdə itib qalmaq, Kappadokiyada balonda şəfəq doğanda uçmaq" xüsusilə yaddaqalan oldu.

Maraqlıdır kı, maşının təkərləri bütün səyahət dövründə bir dəfə də olsun deşilmədi.

Səhrada çapan atlar

Şəklin mənbəyi, James Parker