Əfqanıstan: intiharçı "40 nəfərə yaxın adamı öldürüb"

Şəklin mənbəyi, AP
Əfqanıstan paytaxtı Kabulun kənarında hərbi konvoya hücum etmiş şəxs 40 nəfərə yaxın adamı qətlə yetirib, rəsmilər bildirir.
Məzuniyyət tədbirindən gələn kursantları daşıyan maşınlarda iki bomba partlayışı olub.
Pağman Rayonu qubernatoru Hacı Məhəmməd Musa Xan BBC-ə bildirib ki, xeyli sayda yaralı var.
Hadisəyə görə məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.
Bir həftə bundan əvvəl avtobusa hücum <link type="page"><caption> nəticəsində 14 nəfər həlak olmuşdu</caption><url href="http://www.bbc.com/azeri/international/2016/06/160620_kabul_blast_toll" platform="highweb"/></link>.
