Solar Impulse 2 Atlantika üzərindən uçuşunu İspaniyada başa vurub

Şəklin mənbəyi, EPA
Günəş enerjisilə işləyən Solar Impulse 2 təyyarəsi Yer kürəsi ətrafında uçuşunun növbəti, 15-ci mərhələsini İspaniyanın cənubunda başa vurub.
Təyyarənin pilotları Atlantik okeanı üzərindən uçuşu səyahətin ən çətin mərhələsi hesab edirlər.
Bazar ertəsi New York-da göyə qalxan Solar Impulse 2 Parisdə enməli idi. Lakin daha sonradan İspaniyanın cənub bölgəsinə uçmağa qərar verildi.
"Biz Parisə uçsaydıq dispetçerlərin bir neçə nəzarət zonasından keçməli olacaqdıq ki, buda hər şeyi daha da mürəkkəbləşdirə bilərdi”, - dispetçer xidmətlərilə əlaqələrə cavabdeh olan layihənin iştirakçısı Yves Andre Fase jurnalistlərə izah edib.
Solar Impulse layihəsi günəş enerjisilə uçuş sahəsində bir neçə rekord təsis edib.
İsveçrə pilotları Bertrand Piccard və Andre Borschberg-in Yer kürəsi ətrafında uçuşuna 2015-ci ilin mart ayında Abu Dabidə start verilib.

Ötən il təyyarənin Havay adalarına çatmasından sonra uçuşlarda fasilə yaranmışdı.
Aprel ayında batareyaların təmirindən sonra təyyarə yenidən göyə qaldırıldı.
Solar Impulse 2 təyyarəsi 17 min günəş batareyası ilə təchiz olunub və onun qanadları Boeing 747 təyyarəsinin qanadları qədər genişdir.



