Mark Zuckerberg kompüterinin kamerasını və mikrofonunu qapadıb

İti gözlü istifadəçilər cənab Zuckerberg-in notbukun kamerasını və mikrofununu lentlə bağladığını görüblər

Şəklin mənbəyi, facebook

Şəklin alt yazısı, İti gözlü istifadəçilər cənab Zuckerberg-in notbukun kamerasını və mikrofununu lentlə bağladığını görüblər

Facebook-un yaradıcısı Mark Zuckerberg-in fotosunda onun MacBook Pro notbukunun kamerasını və mikrofonunu lentlə örtüdyü görünür.

Şəkil Instagram-ın istifadəçi sayının 500 milyona çatdığını qeyd etmək üçün paylaşılıb.

Facebook şəkillə bağlı suallara cavab verməyib.

FTB (Federal Təhlükəsizlik Birliyi) direktoru James Comey əvvəl bildirmişdi ki, hakerlərin onu güdməsinin qarşısını almaq üçün o da notbukunun kamerasını qapadır.

Keçmiş Milli Təhlükəsizlik Agentliyinin kontraktoru olan Edward Snowden tərəfindən sızdırılmış sənədlərdə iddia olunur ki, ABŞ və Böyük Britaniya casus agentlikləri 2008-2010-cu illər ərzində dünya boyu milyonlarla Yahoo istifadəçisinin vebkam şəkllərini ələ keçirib.

2013-cü ildə BBC 5 live araşdırması üzə çıxarıb ki, bəzi saytlar hakerlərin insanların xəbəri olmadan ələ keçirdikləri foto və videoları paylaşırlar.

Hakerlər vebkamlara zərərli proqramlar vasitəsilə hücum edirlər.

Təhlükəsizlik şirkəti olan Symantec istifadəçiləri xəbərdar edib ki, kompüterlərinin vebkamlarını yataq otaqlarında açıq qoymasınlar və ya “kameranın qarşısında dünyanın izləməsini istəmədikləri hərəkətlər etməsinlər”.

Son araşdırmalara görə, hakerlər indi səsləri tutmaq üçün telefonlarda akselerometrlərdən istifadə edirlər.