ABŞ: Timsah iki yaşlı uşağı suya çəkib

Hadisə Grand Florida istirahət mərkəzi yaxınlığında baş verib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Hadisə Grand Florida istirahət mərkəzi yaxınlığında baş verib

Florida polisi Disney istirahət mərkəzi yaxınlığında alliqator tərəfindən suya çəkilmiş iki yaşlı uşağı axtarır.

Oğlan uşağı çərşənbə axşamı Orlandoda Disney istirahət mərkəzindəki Seven Seas gölü yaxınlığında olub.

Onun atası suya daxil olaraq oğlunu alliqatordan xilas etməyə çalışıb, lakin buna nail ola bilməyib, şerif Jerry Demings bildirib.

Uşağın axtarışı ilə 50 polis və təbiəti mühafizə ekspertləri məşğul olublar, şerif əlavə edib.

Hadisə baş verərəkən Nebraska ştatından olan ailə gölün sahili yaxınlığında istirahət edib, cənab Demings deyib.

Disney sözçüsü bildirib ki, şirkət hadisəyə görə “pərişan” olub.

Alliqatorlar Floridada yaşayır və oradakı bataqların, göllərin və çayların “əhəmiyyətli hissəsini” təşkil edir, təbiəti mühafizə rəsmisi bildirib.

Floridada 1948-ci ildən bəri 22 nəfər alliqatorlar tərəfindən öldürülüb, o deyib.