Əfqanlar Taliban liderinin öldüyünü təsdiqləyiblər

Şəklin mənbəyi, Reuters
Əfqanıstan kəşfiyyatı Taliban lideri molla Axtar Mənsurun ölümünü təsdiqləyib.
Bir qədər əvvəl molla Axtar Mənsurun öldüyünü Taliban hərəkatı da bildirmişdi.
Taliban qüvvələrinin komandanlarından biri, molla Əbdul Rauf Assosiated Press agentliyinə bildirib ki, Mənsur Əfqanıstan ilə Pakistan arasında sərhəd xəttinin yaxınlığında öldürülüb.
Bundan daha əvvəl isə ABŞ hərbi komandanlığının nümayəndəsi bildirmişdi ki, Əhməd Val yaşayış məntəqəsi yaxınlığında bir neçə pilotsuz uçan aparat avtomobildə hərəkət edən iki nəfərə zərbə endirib. Pentaqon əmindir ki, onların arasında Mənsur da olub.

Şəklin mənbəyi, AFP
ABŞ məmurlarından birinin bildirdiyinə görə, taliblərin liderinin vurulmasına sanksiya ABŞ prezidenti Barack Obama tərəfindən verilmişdi.
