Facebook: Siyasi qərəz iddiası "yanlışdır"

İttihamlar Mark Zuckerberg Donald Trump-ın siyasətinə uyğun baxışları tənqid etdikdən bir həftə sonraya təsdüf edib.
Şəklin alt yazısı, İttihamlar Mark Zuckerberg Donald Trump-ın siyasətinə uyğun baxışları tənqid etdikdən bir həftə sonraya təsdüf edib.
    • Müəllif, Dave Lee
    • Vəzifə, texnologiya üzrə müxbir, Şimali Amerika

Facebook öz səhifəsində Trending Topics xəbərləri sırasında mühafizəkar yönümlü siyasi baxışlara bilərəkdən yer vermədiyi barədə ittihamlarla bağlı özünü müdafiə edib.

Gizmodo texnoloji xəbərlər saytının bildirdiyinə görə, Facebook-un 1.6 milyardlıq istifadəçi auditoriyasının diqqətinə təqdim edilən xəbərlərə cavabdeh olan heyət baxışlarına uyğun olmayan məqalələri dərc etməməyə tez-tez üstünlük verir.

İttihamlara cavab verən şəbəkənin axtarış şöbəsinin rəhbəri Tom Stocky yazıb kı, sayt "anonim ittihamların əsaslı olduğunu təsdiqləyən faktlar aşkar etməyib".

İttihamlar Facebook təsisçisi Mark Zuckerberg ictimaiyyət qarşısında ABŞ prezidentliyinə iddiaçı Donald Trump-ın siyasətinə uyğun baxışları tənqid etdikdən bir həftə sonraya təsdüf edib.

Lakin Facebook təkid edib ki Zuckerberg-in mövgeyi şəbəkədə məqalələrin seçiminə təsir göstərməyib.

İnsan amili

Şəbəkənin Trending Topics sütunu Facebook səhifəsinin sağ yuxarı hissəsində yerləşir.

Həmin sütunda Facebook istifadəçiləri arasında ən çox müzakirə olan mövzulara aid məqalələr yerləşdirilir.

Facebook Respublikaçılar partiyasında prezidentliyə namizədlər arasında debatlara sponsorluq edənlərdən biri olub.
Şəklin alt yazısı, Facebook Respublikaçılar partiyasında prezidentliyə namizədlər arasında debatlara sponsorluq edənlərdən biri olub.

Facebook bəyanatında izah edib ki, həmin siyahı insanlar tərəfindən redaktə edilir.

Facebook-un izahına əsasən, mövzular əvvəlcə müəyyən alqoritmə uyğun seçilir, sonra isə heyət tərəfindən yoxlanılıb təsdiqlənir.

Gizmodo məqələsində isə vaxtı ilə Facebook-da redaktorluq etmiş bir şəxsə istinadən deyilir ki, bu sosial şəbəkə bir qayda olaraq Trending Topic siyahısını saxtalaşdırır.

Gizmodo-nun mənbəyi əlavə edib ki, redaktə heyətinə siyasi qərəz olan məqalələri dərc etməkdən əvvəl BBC, CNN və digər aparıcı saytlara göz gəzdirmək məsləhət görülüb.

Eləcə də, əgər bir neçə aparıcı media saytı eyni mövzuda məqalə dərc edirsə, mənbənin iddiasına görə, bu zaman Facebook da həmin məqaləni Trending Topic sütununda hətta istifadəçilər həmin məqaləni aktiv müzakirə etmədikləri halda da dərc etdirəcək.

ABŞ aparıcı mühafizəkar xəbərlər mənbıəyi Breitbart bildirib ki, bu məlumat “uzun müddət mövcud olan şübhələri” təsdiqləyib və "Facebook-un trending xəbərlərində mühafizəkar yönümlü xəbərlər ört-basdır edilir, mütərəqqi xəbərlər isə yuxarı çəkilir”.

Anonim mənbə bildirib ki, redaktə heyətinin maraqlarına uyğun məqalələr süni olaraq yuxarı çəkilir.

Facebook-un Trending bölümünə redaktə heyəti nəzarət edir.
Şəklin alt yazısı, Facebook-un Trending bölümünə redaktə heyəti nəzarət edir.

Facebook isə bu iddianın “yanlış” olduğunu deyib.

Facebook-un cənab Stocky adlı nümayəndəsinin səhifəsində dərc olunan postda deyilir ki, "Facebook öz heyətinə ideoloji baxışlardan asılı olmayaraq istənilən mənbəyin diskriminasiya edilməsinə dair nə göstəriş, nə də icazə verməyib, bizim texniki imkanlarımız da bunu mümkünsüz edir".

Eyni zamanda Facebook rəsmisi qeyd edir ki, "heyətin hərəkətləri qeyd olunur və yoxlamadan keçir, bu qaydaların pozulması həmin pozuntuya yol vermiş əməkdaşların işdən kənarlaşdırılmasını nəzərdə tutur".

Bazar ertəsi Gizmodo-nun məqaləsi Facebook-un Trending Topics bölümündə yerləşdirilib.