Mossack Fonseca-nın təsisçisi: "Panama sənədlərinin" dərci - cinayətdir

Şəklin mənbəyi, Reuters
Mossack Fonseca-nın təsisçisi "Panama sənədlərinin" dərcini pisləyib.
Panamanın Mossack Fonseca hüquq şirkəti təsis etdiyi şirkətlərin hərəkətlərinə görə cavabdeh deyil, Mossack Fonseca-nın həmtəsisçisi Ramon Fonseca bildirib.
Onun qeyd etdiyinə görə, Mossack Fonseca hüquq şirkəti heç bir qeyri-qanuni əməliyyatlarda iştirak etməyib.
Ramon Fonseca-nın sözlərinə görə, bu sənədlərin dərci – cinayətdir.
"Məxvilik hüququ insanın başlıca hüququdur. Hər bir insanın - olsun kral və ya kasıb - məxvilik hüququ var”, Fonseca Frans Press agentliyinə bildirirb.
Bundan əvvəl Panama rəsmiləri “Panama sənədlərinin” dərcindən sonra qaldırılacaq işlər üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdilər.
Şirkətin sənədlərində müxtəlif dövlətlərin 72 hazırkı və keçmiş dövlət başçısı, məşhur şirkət və şəxslərin adı çəkilir.
Sənədlərdə Hüsni Mübarəkin, Müəmmər Qəddafinin, Vladimir Putinin, İlham Əliyevin ailələri və silahdaşlarına məxsus məxvi ofşor şirkətlər barədə məlumatlar var.




