Milyarderlərin yaşadığı 5 şəhər
İlk dəfədir ki, milyarderlərin sayına görə Pekin, New Yorku üstələyib. Çində yerləşən Hurun şirkətinə əsasən, Çin paytaxtında 100-dən çox milyarder yaşayır, New Yorkda isə 95. Bəs milyarderlər dünyanın hansı şəhərlərində yaşayır? İlk beşliyi sizə təqdim edirik:
1. Pekin

Şəklin mənbəyi, Reuters
Milyarderlərin sayı: 100
Hurun hesabatının müəlliflərinə əsasən, Pekindən başqa daha 4 Çin şəhəri bu siyahının ilk 10-luğuna düşür.
Son zamanlar ölkənin iqtisadiyyatı bir qədər zəifləsə də, Çində 568 milyarder mənzillənir. Onların ümumi var-dövləti isə $1,4 trilyondur. Bu, Avstraliyanın ÜDM-nə yaxındır.
Adam başı milli gəlir: $7 400 (Dünya Bankı, 2014)
2. New York

Şəklin mənbəyi, AP
Milyarderlərin sayı: 95
Milyarderlərin çox olduğu daha 2 ABŞ şəhəri var - San Francisco və Los Angeles.
Amerika milyarderləri üçün əsas gəlir mənbələri texnologiya və pərakəndə satışdır.
Ümumi olaraq ABŞ-da 535 milyarder var, onların ümumi var-dövləti $2,4 trilyon təşkil edir. Bu, az qala Fransanın ÜDM-nə bərabərdir.
Adam başı milli gəlir: $55 200 (Dünya Bankı, 2014)
3. Moskva

Şəklin mənbəyi, AP
Milyarderlərin sayı: 66
Bundan əvvəl Rusiya paytaxtı 4 il dalbadal siyahıya liderlik edirdi.
Təhlilçilər deyir ki, milyarderlərin sayının azalmasına görə düşən neft qiymətləri və Qərbin sanksiyaları məsuliyyət daşıya bilər.
Hurun hesabatına əsasən, Rusiyada hazırda 80 milyarder var, onların ümumi var-dövləti $234 milyarddır. Ötən ilə nisbətən bu rəqəm $130 milyard azalıb.
Adam başı milli gəlir: $13 220 (Dünya Bankı, 2014)
4. Honkonq

Milyarderlərin sayı: 64
Əvvəllər bu şəhərə "Asiya milyarderlərinin mərkəzi" deyərdilər.
Onların zənginliyi əsasən daşınmaz əmlak, istehsal və texnologiya vasitəsilə əldə olunub.
Adam başı milli gəlir: $40 320 (Dünya Bankı, 2014)
Average gross national income per capita: $40,320 (World Bank, 2014 )
5. Şanxay
Milyarderlərin sayı: 50
Hesabata əsasən son il ərzində Şanxay milyarderlərinin sayına 20 nəfər əlavə olunub.
Bu o deməkdir ki, Çinin ticarət mərkəzində London qədər milyarder var.
Özəl araşdırma şirkəti olan Hurun bu hesabatı hazırlamaq üçün açıq tipli səhmdar cəmiyyətlərinin məlumatlarından və müsahibələrdən istifadə edir.
Forbes və Bloomberg kimi digər şirkətlər başqa metodologiyadan istifadə edir deyə başqa nəticələrə gəlirlər.
Mənbə: Hurun Research Institute 2016
__________________________________________________________________
Həmçinin oxuyun: <link type="page"><caption> Dünyanın ən çox sanksiyalanmış ölkələri hansılardır?</caption><url href="http://www.bbc.com/azeri/international/2016/01/160119_korea_global_pariahs_gch" platform="highweb"/></link>




