Honq Konq: polis etirazçılara qarşı dəyənək və bibər qazı istifadə edib

Şəklin mənbəyi, BBC Chinese
Honq Konq polisinin Mong Kok rayonunu qeyri-leqal yeməkxanalardan təmizləmək cəhdi narazı satıcılarla toqquşma ilə nəticələnib.
Polis əməkdaşı da daxil olmaqla 44 nəfərin xəsarət aldığı bildirilir, azı 23 nəfər həbs edilib.
Çərşənbə axşamı səhər saatlarında şəhərin sanitariya xidməti satıcıları rayonun mərkəzi meydanından çıxarmağa çalışdığı zaman satıcılar cavab olaraq xidmət işçilərinə daş və digər əşyalar atmağa başlayıb.
Polis isə öz növbəsində etirazçılara qarşı dəyənək və bibər qazı istifadə edib.
Honq Konq polis idarəsinin nümayəndəsi polisin havaya iki xəbərdarlıq atəşi etməyə məcbur olduğunu təsdiqləyib.

Şəklin mənbəyi, BBC Chinese

Şəklin mənbəyi, EPA
Polis satıcılar tərəfindən polisin əməliyyat zonasını tərk etmək çağırışlarına məhəl qoymadıqlarını deyir. Polisə hücum etməkdə "günahlandırılan" üç nəfərin saxlanıldığı bildirilir.
Honq Konq hakimiyyəti baş verənləri pisləyib.
Bu, demokratiya uğrunda 2014-cü il küçə nümayişlərindən bəri ən böyük iğtişaşdır.
Satıcıları müdafiə etmək üçün ərazidə yüzlərlə insanın toplandığı da bildirilir. Polis deyib ki, xəbərdarlıqlara baxmayaraq satıcı və fəallar ərazini tərk etməyib.
Komandir Yau Siu-kei "radikal elementləri" günahlandırıb və qeyd edib ki, polisin həmkarlarına qorumaq üçün xəbərdarlıq atəşi açmaqdan başqa "heç bir seçimi" olmayıb.



