Formula 1: BBC yayım müqaviləsini dayandırır

Şəklin mənbəyi, AP

BBC Sport, korporasiyada xərcləmələrə qənaət siyasətinin bir hissəsi olaraq Formula 1 yarışlarının yayımlanması hüquqlarına dair müqaviləsini 3 il əvvəldən dayandırır.

"BBC-nin maliyyə vəziyyəti bəzi çətin və könülsüz seçimlərə səbəb olub", BBC Sport-un direktoru Barbara Slater deyib.

Gələn il F1 çərçivəsində 21 yarış olacaq, onlardan biri iyunun 17-19-da Bakıda keçirilməlidir.

Növbəti mövsumdən BBC-nin F1 teleyayım hüquqlarını Channel 4 telekanalı yerinə yetirəcək.

Lakin BBC Radio 5 live yarışmaya şərh hüquqlarını 2021-ci il mövsümunə qədər uzadıb.

BBC Sport 2009-cu ildə İTV-dən yayım hüququnu almışdı, amma 2012-ci il mövsümundə yayım hüquqları Sky Sports ilə bölüşdürülmüşdü.

BBC Sport bununla 35 milyon funt sternlinq qənaət edəcək.