Suriya üsyançılarının "üçdə biri İD ilə eyni ideologiyadadır"

Şəklin mənbəyi, AP
Suriyadakı üsyançı qrupların təxminən üçdə biri - 100,000-ə yaxın döyüşçü özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın ideologiyasını bölüşür.
İD-ni hərbi cəhətdən məğlub etmək qlobal cihadçılığa son qoymayacaq, Britaniyanın keçmiş baş naziri Tony Blair-in Din və Geosiyasət Mərkəzi təşkilatı deyib.
Mərkəz hesab edir ki, bunun üçün İD ideologiyasının intellektual və ilahiyyatçılıq baxımından məğlub edilməsi lazımdır.
Suriya münaqişəsi 240 mindən artıq adamın ölümünə səbəb olub. Milyonlarla insan itkin düşüb.
Qərb koalisiyası Suriya və İraqda İD-ə qarşı bir ildən artıqdır ki, hava zərbələri endirir.
Sentyabr ayında Rusiya Suriyadakı "bütün terrorçuları", o cümlədən İD-ni hədəfə alan hava hücumları həyata keçirib. Ancaq Qərbin dəstədiyi qrupların da vurulduğu xəbər verilir.
