ABŞ: Parkda atışma nəticəsində 16 nəfər yaralanıb

Polis atışma başlayan zaman izdihamı dağıtmaq üçün yolda olduğunu bildirir

Şəklin mənbəyi, Michael DeMockerNOLA.com The TimesPicayune via AP

Şəklin alt yazısı, Polis atışma başlayan zaman izdihamı dağıtmaq üçün yolda olduğunu bildirir

New Orleans şəhərindəki parkda atışma nəticəsində azı 16 nəfər xəsarət alıb, polis bildirir.

Polis sözçüsü Tyler Gamble bildirib ki, parkda atışma başlayan zaman polislər izdihamı dağıtmaq üçün yolda olub.

Təcili yardım xidməti 10 nəfəri hospitala aparıb, digərləri isə şəxsi maşınlarla gedib, polis əlavə edib.

Atışmaya nəyin səbəb olduğu və ya yaralıların vəziyyəti barədə ətraflı məlumat yoxdur.

Cənab Gamble-a görə, parkda iki qrup olub– biri keçirilən paradda iştirak edib, digəri isə ya tamaşa edib, ya da hazırlanan videoda iştirak edib.

Şahidlər yerli TV kanalına bildirib ki, parkda təxminən 500 nəfər olub və iki silahlı şəxs izdihama atəş açmağa başlayıb.