Paris hücumu “İD tərəfindən müharibə aktı” olub

Parisdə hərbçilər keşik çəkir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Parisdə hərbçilər keşik çəkir.

Təxminən eyni vaxtda həyata keçirilərək 130-dək adamın ölümü və 180-dən çox insanın yaralanması ilə nəticələnən Paris basqınları İslam Dövləti qruplaşması tərəfindən həyata keçirilən “müharibə aktıdır”, Fransa prezidenti bildirib.

Francois Hollande deyib ki, 8 silahlı və intiharçıların hücumu “xaricdən planlaşdırılıb və təşkil” edilib.

Bu arada özünü İslam Dövləti adlandıran qrup Parisdəki hücumlarla bağlı məsuliyyəti öz üzərinə götürüb.

İnternetdə yaydıqları bəyanatda cihadçı qrup deyib ki, hücumlar Fransanın onlar üçün "əsas hədəf" olduğunu göstərmək məqsədilə edilib.

Qrup deyib ki, onlar hədəf məkanlarını yaxşı araşdırıblar və "partlayıcı kəmər geyinən və silah gəzdirən səkkiz qardaşdan" istifadə edərək hücumu törədiblər.

Fransada milli matəm elan olunub.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Fransada milli matəm elan olunub.

Fransa lideri ölkə boyu matəm elan edib.

Hücumların ardınca təhlükəsizlik səviyyəsi ən yüksək həddə qaldrılıb, ölkədə vöfqəladə vəziyyət elan edilib.

Fransa prezidenti “terrorçulara qarşı amansız” mübarizə aparılacağını deyib.

Parisdə cümə gecəsi hücumlardan sonra Fransa fövqəladə vəziyyət elan edib, sərhədlərini bağlayıb.

2004-cü il Madrid bomba partlayışlarından sonra bu, Avropada ən ölümcül hücumlardır.

Parisdə ən azı 127 adamın ölümünə bais olan hücumlardan sonra Fransa fövqəladə vəziyyət elan edib, sərhədlərini bağlayıb.

Fransa paytaxtı boyunca silsilə basqınlar nəticəsində 180-dən çox adamın xəsarət aldığı xəbər verilir.

Məlumata əsasən Bataclan konsert zalında 80 adam öldürülüb. Daha öncə girov götürülən onlarla adam təhlükəsizlik qüvvələrinin zala hücumundan sonra azad edilib.

Fransa prezidenti “terrorçulara qarşı amansız” müharibə aparılacağını deyib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Fransa prezidenti “terrorçulara qarşı amansız” müharibə aparılacağını deyib.

8 basqınçının öldürüldüyü xəbər verilir.

Stade de France yaxınlığında və Parisin mərkəzindəki restoranlarda da hücumlar baş verib və insanlar öldürülüb.

Paris sakinlərindən evlərindən bayıra çıxmamaq xahiş olunub. Şəhərə 1500 nəfər hərbi personal yeridilib.

Digər hücumlar Le Petit Cambodge və Le Carillon restoranlarında baş verib.

Ən çox adamın Bataclan konsert zalında Eagles of Death Metal Kaliforniya rok-qrupunun çıxışı vaxtı baş verən hücumda həlak olduğu bildirilir. Burada adamları girov götürən basqınçılar polisin zala hücumundan sonra öldürülüblər.

Basqınçılardan üçü özünü partladıb daha bir nəfər isə polsi atəşilə qətlə yetirilib.

Hadisə şahidi basqınçılardan birinin “Allahu Əkbər!” qışqırdığını bildirir. Daha bir nəfər isə Fransa prezident Hollande-ı Suriya münaqişəsinə müdaxilə etməkdə suçlayıb.

5 adamın öldüyü Casa Nostra restoranının pəncərəsi.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, 5 adamın öldüyü Casa Nostra restoranının pəncərəsi.

Bəziləri ilk atəş səslərinin konsert şousunun hissəsi kimi qəbul olunduğunu deyirlər.

"Əvvəlcədən biz elə bildik ki, bu şounun hissəsidir lakin sonra onun nə olduğunu başa düşdük”, - Pierre Janaszak AFP agentliyinə deyib.

"Onlar atəşə ara vermirdilər. Hər tərəfdə qan və cəsədlər var idi”.

Daha bir qadın hadisələrin belə başladığını xatırlayır.

"Biz əvvəlcə fişəng atıdlığını zənn etdik. Lakin sonra hər tərəfə atəş açan kişiləri gördük. Bundan sonra hamımız yeri uzanıb sürünərək səhnəyə doğru çəkilməyə çalışdıq”.

Bundan başqa, Parisin digər yerlərində, o cümlədən, Fransa paytaxtının kənarında Stade de France stadionunda partlayış zamanı onlarla insan həlak olub.

Petit Cambodge restoranında silahlı adamın avtomat silahdan atəş açdığı deyilir. Liberation qəzetinin məlumatına görə, atəş nəticəsində 4 nəfər ölüb.

Stade de France stadiounundakı tamaşaçılar Almaniya-Fransa matçı vaxtı səslənən partlayışlardan sonra arenaya doğru qaçıblar.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Stade de France stadiounundakı tamaşaçılar Almaniya-Fransa matçı vaxtı səslənən partlayışlardan sonra arenaya doğru qaçıblar.

BBC jurnalisti hadisə yerində yolun üstündə həyatını itirmiş və ya xəsarət almış təxmin 10 adam gördüyünü bildirib.

Fransa və Almaniya yığma komandaları arasında futbol oyunu zamanı Stade de France stadionu yaxınlığında üç partlayış baş verib.

Məlumatlara görə, oyunu izləyən Fransa prezidenti təhlükəsiz yerə təxliyə edilib. Hücumlarla bağlı Hollande təcili müşavirə çağırıb.

Fransua Hollande Bataclanda insanları girov saxlayanların hamısının öldürüldüyünü bildirib.

ABŞ prezidenti Barak Obama Fransada baş verənləri "terrorizm" və "ekstremizm" adlandırıb.

“Biz Fransa xalqını terrorizmə və ekstremizmə qarşı mübarizəsində dəstəkləyirik. Bu, dəhşətli vəziyyətdir, və biz ABŞ-da bunun nə olduğunu bilirik, çünki biz də belə hadisələr yaşamışıq”, - Obama deyib.

Rusiya prezidenti Vladimir Putin “Parisdə dəhşətli silsilə terror aktları ilə bağlı” dərin hüznlə başsağlığı verir, eləcə də Francois Hollande və bütün Fransa xalqına həmrəylik sözlərini göndərir, Rusiya prezidentinin mətbuat katibi Aleksandr Peskov məlumat verib.